"Tolik mənimlə işləmək istəmədi" - Nisə Qasımovadan etiraf
"Tolik mənimlə işləmək istəmədi" - Nisə Qasımovadan etiraf
"Verilişlərdə bəzi rubrikalar var ki, mən oradan qaçıram. Bəzən evdə olanda belə deyirəm ki, deyin evdə yoxdur. 46 ilin müğənnisiyəm, buna mənim haqqım çatır".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova "Hər şey daxil" verilişində deyib. Müğənni proqramın aparıcısı, prodüser Tarix Əliyevlə (Tolik) bağlı etiraf edib:

"Bir ara Tolikə xahiş etdim ki, gəl birlikdə işləyək. Mənə cavab vermədi. İndi əmin oldum ki, nə üçün istəmədi. Onun ciddi qayda-qanunları var. Fikirləşdi ki, mənə qadağa qoysa, soyuqluq yaranar".

Qasımova sənətdə bir çox ilklərə özünün imza atdığını söyləyib:

"İndiki gənc müğənnilərin adlarını bilmirəm. Onları tanımıram, amma sayları çoxdur. Bu sənətdə çox şeyin ilkini mən etmişəm. Üstümə avtomat tuturdular ki, filan mahnı oxu, güllə atırdılar bizlə şəkil çəkdir. Mən yalnız şou proqramlara gedirdim. Evdən çölə çıxmırdım. Torba ilə evə pul gətirirdim. Sənətdə ilk dəfə mənim cangüdənim var idi. Onun kimi mühafizəçi görməmişdim".


Müəllif: SHOW.AZ
16 29.12.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi