Bunu etməyənlər cərimələnəcəklər - 1000 MANAT
Bunu etməyənlər cərimələnəcəklər - 1000 MANAT
Azərbaycanda elektron formada qısa idxal bəyannaməsi verməyənlərə cərimələr tətbiq olunacaq.

YAD.AZ trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.


Müəllif: SHOW.AZ
20 28.12.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi