Messi Ronaldonun 2 rekordunu qırdı
Messi Ronaldonun 2 rekordunu qırdı
İspaniyanın “Barselona” futbol klubunun argentinalı oyunçusu Lionel Messi portuqaliyalı futbolçu Kriştianu Ronaldonun 2 rekordunu qırıb.

YAD.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Messi bu ilkə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Barselona” (İspaniya) və “PSV” (Hollandiya) futbol klubları arasında keçirilən qarşılaşmada imza atıb.

31 yaşlı Messi Çempionlar Liqasının qrup mərhələləri tarixinin ən yaxşı bombardiri olub.

O, turnir tarixində “Yuventus”un (İtaliya) oyunçusu Ronaldonu 1 top qabaqlayaraq, vurduğu qolların sayını 66-ya çatdırıb.

Messi qarşılaşmada Ronaldonun başqa bir rekordunu da təzələyib.

Argentinalı Çempionlar Liqası çərçivəsində baş tutan oyunlar tarixində vurduğu qolların sayını 106-ya çatdıraraq, burada da rəqibini bir top fərqi ilə geridə qoyub.


Müəllif: SHOW.AZ
25 29.11.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi