Bu meyvəni yeyən qadınlar hamilə qalır
Bu meyvəni yeyən qadınlar hamilə qalır
Sağlam qidalanma qadının hamilə qalmaq şansını artırır.

Bəzi ərzaqların hamiləlik şansını yüksəltdiyi elmi baxımdan da sübut olunub.

Türkiyəli ginekoloq Betül Görgen bu barədə önəmli məlumatlar verib:

"Aralıq dənizi pəhrizinə daxil olan bəzi qidaların tərkibindəki yağlar süni mayalanma etdirən qadınların hamilə qalmaq şansını üç dəfə artıra bilər. Zeytun, qarğıdalı və fındıq yağlarının fərqli yağ növünü ehtiva edən pəhrizlərlə müqayisədə daha faydalı olduğu sübut edilib”.

Bu barədə Harvard Tibb Fakültəsi Massaçusets Xəstəxanasında araşdırma aparılıb. Araşdırmada iştirak edək və müalicə alan 147 qadın qidalanma tərzinə və istifadə etdiyi yağlara əsasən müxtəlif qruplara ayrılıb. Sonda hər qrupdan əldə edilən müalicə nəticələri müqayisə edilib. Bütün yağ çeşidlərindən, xüsusilə də doymuş yağlardan bol miqdarda istehlak edənlərdə əldə edilən yumurta sayı az olub və keyfiyyəti yaxşı olmayıb.

Məlum olub ki, kərə yağı və qırmızı ətlə zəngin qidalanan qadınlarda süni mayalanma üçün toplanan keyfiyyətli yumurta sayı aşağıdır. Araşdırma qrupu bildirib ki, doymamış yağlar bədənin iltihablanmasını azaldır və insulin həssaslığını dəyişdirərək hamilə qalmaq şansını artırdığını düşünür. Harvard Universitetinin professoru Corc Kavarro az miqdarda doymamış yağlar baxımından avokado və zeytun yağının çox zəngin olduğunu deyib.

Bundan başqa, aparılan araşdırmalar nəticəsində folik turşularının hamiləlik üçün ən önəmli vitaminlərdən biri olduğu bildirilir. Folik turşuları isə bir çox qidaların tərkibində yer alır: Portağal, pomidor suyu, brokkoli və yumurta.

mənbə: publika.az


Müəllif: SHOW.AZ
24 29.11.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi