"Şər atır, buna cavab verəcək" - Elzadan Kərimə cavab
"Şər atır, buna cavab verəcək" - Elzadan Kərimə cavab
Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasındakı qalmaqal daha da böyüyüb.

SHOW.AZ Axşam.az-a istinaden məlumatına görə, Seyidcahan Kərimin "Elza məni döydürməklə hədələyir" sözlərinə cavab verib. "Hər şey daxil" verilişinə zəng edən Elza ifaçının ona şər atdığını bildirib:

"Elza öz işindədir. Təsadüfi insanların bu cür hərəkətləri çox olacaq. Bu, şər, böhtandır. Buna görə də cavab verəcəklər. Nə ixtiyarla mənim şəkillərimi öz səhifəsində paylaşırlar. Sərbəstlik ola bilər, amma bu dərəcədə yox. Buna son qoyacam. Belə söhbətlər mənim nə xasiyyətimə, nə tərbiyəmə yaraşır. Sənətə bununla gəlməmişəm. Belə bir söhbət qətiyyən olmayıb. Necə deyir ki, iki müğənni olub, onlar da cavab verəcəklər. Mənim işim yoxdur zəng edim ona? Vaxtım olsa, ailəmlə keçirərəm. Sənətdə adı olmayanlara cavab vermək istəmirəm".

Qeyd edək ki, Seyidcahan Damlanı tənqid etmiş, Kərim isə onu qınamışdı. Daha sonra E.Seyidcahan Kərimlə eyni verilişə qatılmaqdan imtina edib. İfaçılar arasında dava bundan sonra daha da böyüyb.

WWW.SHOW.AZ
instagram/show.az_official


Müəllif: SHOW.AZ
26 29.11.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi