Türkiyəli müğənni Gəncədə konsert verəcək
Türkiyəli müğənni Gəncədə konsert verəcək
Noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək.

SHOW.AZ Axşam.az a istinaden xəbər verir ki, tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.

Tədbrin ideya müəllifi və təşkilatçılarından biri telejurnalist Etibar Babayevdir. Bildirilib ki, gecədə türkiyəli ifaçı Müşerref Akay da çıxış edəcək.

Musiqili gecədə Müşerref Akayla səhnəni xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, müğənni Elnarə Xəlilova, Ehtiram Hüseynov, İlkin Əhmədov da bölüşəcəklər.


Müəllif: SHOW.AZ
18 29.11.18


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi