"Tiktoker Ləman" Aygün Bəylərin ünvanına qeyri-etik ifadələr işlətdi - Yaxınları polisə şikayət etdi - FOTO

07 May 2024
663a31df077b0202405245127
3153

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Show.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlətməsi olub.

"Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən, Ləman ardından xoşagəlməz ifadə işlədib. 

Bunun ardından xanəndənin yaxınları ona aid olan instaqram hesabında məsələyə reaksiya verərək, polisə müraciət ediblər:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

/axsam.az