Təranə və Qumralın hərəkətlərinə görə cəzalandırılması tələb olunur - VİDEO

14 Aprel 2024
661af11c1e074202404245452
3825

"Hələ də ayırd edə bilmirəm, uşaq kimindir? İstər Təranə olsun, istərsə də Qumral, hər ikisi məsuliyyətsizliyə görə cəzalanmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə müğənni Təranə Qumral və Musa Musayevin məclisdə yeni doğulan körpəni atıb-tutmaları ilə bağlı videogörüntüdən danışarkən deyib. 

Sədr onlara mesaj ünvanlayıb:

"Əgər bu uşağın gələcəyini düşünürlərsə, onu futbol topu kimi oynatmasınlar. Baxış, reytinq yığmaq üçün övladlarının taleyi ilə oynayırlar.Videolara baxıram, amma hələ anlaya bilmirəm ki, bu uşaqları şou alətinə çevirməyin məqsədi nədir? Dünyaya uşaq gətirmisiniz, çox gözəl, sevinc hisidir, xöşbəxtlikdir. Bu uşağın sabahkı gələcəyini, onun səhhətinə vurduğunuz ziyanı heçmi düşünmürsünüz? Güclü səs gücləndiricilərin altında bu uşağın nə işi? O, alır buna verir, bu alır onun üstünə atır".

Sədr hər bir uşağın səsgücləndiricilərin altından uzaq olmalarını tövsiyyə edib. 

Qeyd edək ki, müğənni Təranə Qumralla Musa Musayev dördüncü övladlarının olduğunu açıqlayıb. Onlar yeni doğulan körpəni məclislərin birində atıb tutublar. Bu görüntü cəmiyyətdə qınağa səbəb olub.