"Səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram" - "Ağsaqqal" donor axtarır

15 Aprel 2024
661d7ae041cfb202404240712
7619

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var".

Show.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ağsaqqal" obrazı ilə tanınan aktyor Azər Baxşəliyev "Qapqara" verilişində deyib. O, hazırda donor axtardığını bildirib:

"Hazırda səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram. Amma efirdən görünür. Hazırda donor axtarışındayam. Tapıldıqdan sonra qarşıdakı aylarda əməliyyat olunacağam. Əvvəllər donor olmaq üçün qohum olmaq lazım idi, indi isə belə bir şey yoxdur".