Röyadan hadisə ilə bağlı açıqlama: “İki dəqiqə sonra səhnəyə çıxacaqdım” - VİDEO

23 Mart 2024
65fdee19bbc4c202403244617
7957

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində çoxsaylı insan itkisi ilə nəticələnən silahlı insident baş verib.

Show.az xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da bu gün konserti planlaşdırılan Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış.

Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.

Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.