Xəstəlikdən sağalmaq üçün 300 metr yerin altına girdilər – FOTO

08 Aug, 2016 14:31
Baxış sayı: 3207
Xəstəlikdən sağalmaq üçün 300 metr yerin altına girdilər – FOTO
Ukraynanın Soledar şəhərində yerin 288 metr dərinliyindəki köhnə duz mədəni tənəffüs sistemi və tiroid xəstələrinin şəfa tapdığı mərkəzə çevrilib.

5 hektarlıq sahəni əhatə edən duz mağarasının divarları 40-50 metr qalınlığındakı duz təbəqələrindən ibarətdir. Duz mədəninin içərisində olan mikr kondisioner sayəsində müalicənin böyüklərə 70-85%, uşaqlara isə 85-95% müsbət təsir etdiyi qeyd edilir.

Duz sanatoriyasının rəsmi nümayəndəsi Valeriy Lazarev deyir:

“Buradakı müalicə yalnız tənəffüs sisteminə deyil, tiroid xəstəliyi və dəriyə də müsbət təsir edir. Mədəndə qəbul edilən bir seans müalicədən sonra insanların səhhətində yaxşılaşma hiss olunur. 

Sanatoriyada sabit halda istilik 15 dərəcə təşkil edir. Eyni anda 100 insan müalicə ala bilir. Xəstələr gündüz 4 və gecə 12 saat olmaqla gündə 16 saat burada qalırlar.

Sanatoriya 2007-ci ildən fəaliyyətə başlayıb. Bu günə qədər təxminən 6 min adam müalicə alıb. Xəstələr Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İsrail, Kanada, Almaniya, ABŞ və Yaponiya başda olmaq üzrə dünyanın müxtəlif ölkələrindən gəlirlər. Avropada buna bənzər yalnız bir neçə mədən var”.

 

Son xəbərlər
Xəstəlikdən sağalmaq üçün 300 metr yerin altına girdilər – FOTO

Xəstəlikdən sağalmaq üçün 300 metr yerin altına girdilər – FOTO

Ukraynanın Soledar şəhərində yerin 288 metr dərinliyindəki köhnə duz mədəni tənəffüs sistemi və tiroid xəstələrinin şəfa tapdığı mərkəzə çevrilib.
Norveçdə velosiped eskalatoru - VİDEO

Norveçdə velosiped eskalatoru - VİDEO

Norveçdə çox maraqlı bir mexanizim qurulub.

İşçilərə kinoya getmək üçün istirahət günü verildi

Hindistan şirkətləri əməkdaşlara kinoya getmək üçün istirahət günü verib.

Bu heykəllər o qədər kiçikdirlər ki... - FOTO

Uilard Uiqan öz incəsənət karyerasına 5 yaşından qarışqalar üçün ev tikməklə başlamışdı.

Bütün dünyanın ən gözəl evlilik fotoları

Fotoqrafiya sənətində evlilik şəkilləri xüsusi yer tutur.

Məşhur şirkət adlarının yaranma tarixləri

Məhşur şirkət adlarının yaranma tarixi maraqla qarşılanıb.

Donan uşaqla sosial eksperiment - VİDEO

Bəs siz bu halda nə edərdiz?

"Pokemon Go" oyunu bütün dünyada sürətlə yayılır - VİDEO

Yaponların yeni oyun anlayışı bir çox vərdişləri yeniləyəcək.