Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO

06 Aug, 2016 13:44
Baxış sayı: 1196
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
İngiltərədə 2008-ci ildə süni mayalanma yolu ilə üçəmlərə hamilə qalan Nikola Brayti bətnindəki embrionlardan sadəcə, ikisini doğmaq niyyətində olduğunu demişdi.

Gələcək ananın bu qərarından sonra Nottingemşirdəki "CARE Fertility" klinikasında üçüncü embrion dondurulmuşdu.
Milli.az bildirir ki, 2008-ci ilin noyabrında Kinqs Linndəki "Queen Elizabeth Hospital"da əkiz oğulları Deniel və Ceymsi dünyaya gətirən 35 yaşlı N.Braytinin dediyinə görə, ötən il əri Kevin ilə daha bir övlad sahibi olmaq qərarına gəldiklərini deyib.
Dondurulmuş 3-cü embrion bu minvalla qadının bətninə yerləşdirilib və əkiz qardaşların bacısı, üçəmlərin üçüncüsü olan Elizabet doğulub.
"Üç övladımın üçəm olduqlarını deyəndə kimsə mənə inanmır. Halbuki Elizabet doğulanda həkimlər də dedilər ki, qızım əkiz qardaşları Deniel və Ceymsin tam bənzəridir", - İngiltərənin Kembricşir qraflığındakı Uisbeç şəhərində yaşayan Nikola Brayti deyib.
Onun sözlərinə görə, süni mayalanma yolu ilə üçəmlərin doğulması 20 min funt-sterlinqə başa gəlib. 

Son xəbərlər
İstirahət mərkəzi deyil, “Google” ofisləridir - FOTO

İstirahət mərkəzi deyil, “Google” ofisləridir - FOTO

Google yalnız milyonlar qazanması ilə məşhur olan şirkət deyil, həm də işçilərə mükəmməl iş ortamı yaradan şirkətlərdəndir.
Onlar belə nişanlandılar...

Onlar belə nişanlandılar...

Amerikalı cütlük digərlərindən fərqlənir.

Məktəbdə keçirilən ilk və son günləri göstərən FOTOLAR

Sentyabrın gəlməsi ilə məktəblər açılır.

Belçikalılar Pokemon əvəzinə kitab ovlayır - FOTO

Belçikada bir müəllim Pokemon GO oyunundan ilhamlanaraq fərqli bir işə imza atıb.

Çinli qızın bacarığı hər kəsi heyran etdi - VİDEO

Çinli memar Red Hong Yi uşaqlıqdan Cek Canın fanatı olub.

Yerə düşən içki damcısını içən qarışqa... - VİDEO

Qarışqa yerə düşən içki damcısına görür və içir. Görün yazıq qarışqanın başına nələr gəlir.

Stüardessalar əllərini niyə arxasında gizlədir? - FOTO

Səyyahlar və ya sadəcə diqqətli insanlar yəqin ki, sərnişin salonunda gəzən stüardessaların əllərini arxasında saxladığına diqqət edib.

Rus gənc pokemon ilə evlənməyə hazırlaşır - FOTO

Rusiyalı İvan Makarov Kutuzov nikah qeydiyyat şöbəsinə qeyri-adi istəklə müraciət edib. Belə ki, 36 yaşlı İvan "Pokemon GO” oyunundan olan virtual personaj ilə ailə həyatı qurmaq istəyir.