Telefonunuza gələn gizli zəngləri açmağın yolları

30 Jan, 2016 12:12
Baxış sayı: 50971
Telefonunuza gələn gizli zəngləri açmağın yolları
Yəqin ki, bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon istifadəçilərini narahat edir.

Hər kəs gizli zəngin kim tərəfindən olunması ilə maraqlanır və həmin adamı müəyyən etməyin yollarını axtarır. 

AzNews.az xəbər verir ki, gizli zənglərin təyin olunması üçün 3 yol var.

Birinci üsul. Əgər siz Azercell abonentisinizsə və sizə gizli nömrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün Bakcell nömrə lazımdır. Sizin nömrəyə (Azercell-ə) zəng gələn zaman Bakcell nömrə də açıq olmalıdır. Sizə zəng gələ-gələ telefonunuzla **67*055-------# kodunu yığın. Sonra isə dərhal telefonunuzun NO düyməsini basın. Yəni zəngi söndürün. Bu zaman zəng sizin Bakcell nömrənizə yönlənəcək və Bakcell nömrə olan telefonda gələn zəng açıq görünəcək.

İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu _Ev nomrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonu nömrə yazan olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirmədən çıxmaq üçün isə ##002 kodunu yığmaq lazımdır.

Üçüncü usul. Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə - Azercell ve Bakcell nömrələr olmalıdır. İlk olaraq Azercell nömrənizi yönləndirirsiniz BakCell nömrəsinə, hansıki bu Bakcell nömrəyə gizli nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönləndirən zaman "nə zaman məşğuldur" ayarını seçməlisiniz. Sonra isə Azercell-ə zəng edib operatorun XƏBƏRDARLIĞINI - "Bu nömrə başqa nömrəyə yönləndirilmişdir. Xahiş edirik gözləyin" sözlərini ləğv etdirmək lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman "odboy" etməklə telefon məşqul göstərir və gələn zəngi Bakcell nömrəsinə yönləndirirsiniz. Nəticədə gizli nömrə aşkarlanmış olur. Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə zəngimcell olmamalıdır.

Son xəbərlər
100 filmin rəqs səhnələri ilə hazırlanmış klip - VIDEO

100 filmin rəqs səhnələri ilə hazırlanmış klip - VIDEO

Bu əyləncəli görüntülərdən doymaq qüyri-mümkündür. Uptown Funk adlı klip sizə böyük enerji bəxş edəcək.
SAHİBİNİN ƏZİYYƏTİNƏ DÖZƏ BİLMƏYƏN ROBOT İNTİHAR ETDİ!

SAHİBİNİN ƏZİYYƏTİNƏ DÖZƏ BİLMƏYƏN ROBOT İNTİHAR ETDİ!

iRobot adlı elektrik süpürgəsi sönülü vəziyyətdəykən birdən işə düşüb.

Gözyaşardıcı xoşbəxtlik… - FOTO

Hər cütlüyün ən xoşbəxt olduğu günlərdən biri toy günüdür.

Ən böyük məzarlıqda üzdü – FOTO

Ekstremal macəraları ilə ad çıxarmış sörfinqçi, “İndiana Ceyn” kimi tanınan Elison Til yeni rekord vurub.

Xalq artisti Flora Kərimova Soso Pavliaşviliyə görə müğənni Eminə müraciət ünvanladı - FOTO / VİDEO

Show.az bildirir ki, xalq artısti Flora Kərimova özünün Facebook səhifəsində rusiyalı müğənni Soso Pavliaşviliyə görə müğənni Eminə müraciət ünvanlayıb. Müraciət Soso Pavliaşviliyə qarşı ittihamlarla zəngindir. Xalq artistinin müraciətini olduğu kimi təqdim edirik:

Dünyanın ilk 3D restoranı açıldı - FOTO

Hollandiyada 3D restoran fəaliyyətə başlayıb.

Müştərilərə qarşı zarafat qorxu ilə qarşılandı - VİDEO

ABŞ-ın New York-da yerləşən kofe mağazasında müştərilərlə belə zarafat ediblər:

Toyota şirkətindən tənha insanlar üçün robot uşaq - VİDEO

Bu nə qədər qəribə səslənsə də,rellaşdırılmış layihədir.