Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb- (FOTO)

02 Jul, 2016 23:14
Baxış sayı: 959
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb- (FOTO)
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə iyunun 27-də başlanan Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

Trend-in məlumatına görə, festivalın bağlanış günündə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər daxil edilib.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə şəhər rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda kollektivin bədii rəhbəri və dirijoru, Xalq Artisti Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Son xəbərlər
2014-cü ildə hazırladığı paltarı göldən 2016-cı ildə paltarı çıxartdı və… - VİDE

2014-cü ildə hazırladığı paltarı göldən 2016-cı ildə paltarı çıxartdı və… - VİDEO

Duzla örtülmüş qara paltar işıl-işıl parlayan bir kristalı xatırladır.
Bu qız asanlıqla oğlana çevrilə bilir - VİDEO

Bu qız asanlıqla oğlana çevrilə bilir - VİDEO

Youtuber Katelyn Galloway sübut edir ki, makiyaj həqiqətən də möcüzələr yaradır.
Bu qələmlə havada şəkil çəkin - VİDEO

Bu qələmlə havada şəkil çəkin - VİDEO

Uşaq oyuncaqları istehsal edən WobbleWorks şirkəti dünyanın ilk 3D qələmini hazırlayıb.

Dünyanın ən maraqlı divar saatı - VİDEO

Bu saat digər saatlardan tamam fərqlənir.

Gələcəyin mətbəxi belə olacaq - VİDEO

IKEA şirkəti gələcəyin mətbəxini təsvir edib. Şirkətin dizaynerlərinin fikrincə, 10 ildən sonra mətbəxdə müxtəlif texniki avadanlıqlar olmayacaq. Mətbəxlərdə vahid ideoloji kompleks təşkil ediləcək.

Alzeymer xəstələri üçün xüsusi corab ixtira edildi - VİDEO

Alzeymer xəstələrinin ən böyük problemlərindən biri də itməkdir. Onlar evdən xəbərsiz çıxır, sonradan isə evin yolunu xatırlamır, polisə məlumat verə bilmirlər.

Dodaqları ilə əsl sənət nümunələri yaradır - VİDEO

Uşaqlıqdan incəsənətlə məşğul olan amerikalı gənc qız Natali Ayriş öz sənətini yaratmaq üçün fərqli üsuldan istifadə edir.

"Oyuncaqların makyajını silib, onları gerçək və ilham verən qadınlara çevirirəm."

Uşaqlar üçün oyuncaq əyləncəli zaman keçirməkdən əlavə, daha dərin mənalar da daşıyır.

Onlar yalnız göydə rəqs edir - VİDEO

Amerikalı bu rəqs qrupunun oyunları qeyri-adi olmasa da, rəqs etdikləri yer çox fərqlidir.

Fotoqraf olmaq FOTOLARDA

Hər iş əziyyət tələb edir.