Sağlam və problemsiz hamiləlik üçün məsləhətlər

09 Dec, 2015 13:03
Baxış sayı: 2399
Sağlam və problemsiz hamiləlik üçün  məsləhətlər
Hamilələrin nəzərinə! 9 aylıq xüsusi qayğı tələb edən bu müddəti rahat şəkildə keçirmək üçün həyatınızda kiçik dəyişikliklər edə bilərsiniz. Türkiyəli mütəxəssis Murat İnal bəzi tövsiyələr təqdim edir.

Rahat geyinin
Üçüncü aydan etibarən bədənin çəki artımı, qarının böyüməsi, əllərdə və ayaqlarda şişmələr başlayacaq. Bunun üçün də ana olmağa hazırlaşanlar körpələri sıxmayacaq şəkildə rahat, geniş, tərlətməyən pambıq materialdan hazırlanan geyimlər seçməlidirlər. Dar və sintetik geyimlər göbələk riskini artırır və qan dövranını çətinləşdirir.

Nəfəs almaqda çətinlik normaldır?

Hamiləliyin ikinci və üçüncü rüblərində ağciyər nəfəsalma zamanı rahat genişlənə bilmir və nəfəs almaq çətinləşir. Bunun üçün də ana almağa hazırlaşan qadınlara qələbəlik, havasız, siqaret çəkilən yerlərdə olmamaq lazımdır. Həddindən artıq çay və qəhvədən uzaq durmaq da məsləhətdir.

Şişməyə qarşı nə edək?

Hormonların təsiri ilə bədəndə şişmələr müşahidə edilir. Bunun qarşısını almaq üçün uzun müddət ayaq üstə dayanmamalı, dar çorab və alt paltarı geyinilməməlidir. Hamilələr ayaqlarını hündürə qaldıraraq istirahət etməlidirlər.

Yorğunluq, yuxu və yuxusuzluq normaldır?

Xüsusilə ilk 4 ayda analar özlərini çox yorğun və yuxusuz hiss edə bilərlər. Bunun qarşısını almaq üçün hər hansı konkret vasitə yoxdur. Ancaq bədənin ehtiyaclarına qulaq asıb, bol-bol istirahət etmək lazımdır. Müntəzəm, normal yuxu və sağlam qidalanma ilə həyatın keyfiyyətini artırmağa çalışın.

Baş ağrıları

Hamiləliyin erkən zamanlarında baş ağrılarına tez-tez rast gəlinir. Bunun qarşısını almaq üçün istirahət edin və açıq havada gəzin. Baş ağrıları adətən hamiləliyin ortalarına doğru özü-özündən yoxa çıxır.

Tövsiyə

Hamilə qadın gündə 80 qr protein, 1,5 qr kalsium, 30-60 qr dəmir və A,B1, B2, C vitamini almalıdır. İçərisində qatqı maddəsi olan kolbasa, sosis kimi qidalardan uzaq durun.
Qidalarda D vitamini olmadığı üçün Günəşlə bədənin təması olmalıdır.
Yodlu duzdan istifadə edin.
Qazlı və hazır meyvə sularının yerinə təzə sıxılmış şirə için.
Qan azlığının yaranmasının qarşısını almaq üçün yeməklə birlikdə çay, qəhvə içməyin.
Həkim məsləhəti olmadan heç bir dərman qəbul etməyin.

Diqqətli olun
Hamilələr gündəlik ev işləri görərkən, toz alanda və yerləri siləndə dizlərinin üzərində olmamağa çalışmalıdırlar.
Arxası üstə yatarkən öncə yana dönüb, sonra əllərin dəstəyi ilə qalxmaq lazımdır.
Stuldan qalxarkən ağırlığı ayaqlara verin.
Ani hərəkətlərdən və ağır yük qaldırmaqdan çəkinin.
Hamiləlikdə xüsusilə gecələr ayaqlarda olan damar dartılmalarına yol verməmək üçün çox ayaq üstə qalmayın, uzun müddət oturanda ayağı-ayağın üzərinə aşırmayın.

Qəbiz olmayın
Hamiləlikdə qəbizlik problemi ilə üzləşməmək üçün bol-bol meyvə, tərəvəz yeyin.
Tez-tez ayaqyoluna gedin.
Səhərlər acqarına bir stəkan ilıq şəkərli su için.
Ərik və əncir kompotları için.
Həftədə ən azı 3 gün 30 dəqiqə gəzintiyə çıxın.

Son xəbərlər
Balalar analarını belə tanıdılar - VİDEO

Balalar analarını belə tanıdılar - VİDEO

Övladlar analarını gözübağlı tanıya bilərlərmi? Balacaların hissləri və intuisiyalarının hansı səviyyədə olduğu hələ də bəlli deyil.
Uşaqların hər bir şeylə ilk tanışlığı - VİDEO

Uşaqların hər bir şeylə ilk tanışlığı - VİDEO

Uşaqların bu halları hər kəsin gülüşünə səbəb olur.
Beş yaşlı Brüs Li – VİDEO

Beş yaşlı Brüs Li – VİDEO

Dünyaca məşhur əfsanəvi döyüşçü, Kunq-Fu özünümüdafiə sənəti üzrə idman ustası, kinoaktyor, ssenarist və rejissor Brüs Li “dirilib”.

Övladınızın tək ehtiyacı sizin sevginizdir.. Bu heç nə ilə əvəz oluna bilməz - VİDEO

Yenicə ata olmuş gənc körpəsi ilə sınaq qarşısında qalır.

Gözübağlı şəkildə analarını tapan uşaqlar - VİDEO

Bu videoya baxdıqda təsirlənməmək əldə deyil.

Yeni doğulmuş körpəni belə yatırmaq olmaz! - FOTO

Yeni doğulan körpələrin tez böyüməsi onların qidalanmağındansa, normal yuxu yatmasından aslıdır. Analar körpənin ağzı aşağı qoyulmasına diqqət etməlidirlər. Belə vəziyyətdə boğulma baş verə bilər. Bu da ölüm riski deməkdir.

Anaların işləri niyə bitmir?! -VİDEO

Analar hər zaman məşğul olurlar.

Xuramanın xəstəxanadan ilk fotosu

Yeni ana olan aktrisa Xuraman Əlizadənin xəstəxanadan ilk fotosu yayılıb.

Qarpızı yeməkdən sonra yemək niyə olmaz?

Qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol-bol qəbul etmək lazımdır.

Bu görüntülər "Facebook"da çaxnaşma yaratdı - Körpəni binadan... - VİDEO

Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.