Hamilələr üçün real təhlükə - Azərbaycanda

30 Mar, 2016 09:47
Baxış sayı: 2063
Hamilələr üçün real təhlükə - Azərbaycanda
Azərbaycanda bu gün də bəzi mama-ginekoloqlar tərəfindən hamilə qadınlara lazımsız, effektsizliyi çoxdan sübut olunmuş, təbabətdə işlənilməyən, istifadəsi həm qadın, həm də sonradan uşaq üçün problemlər yarada bilən dərmanlar təyin edilir.

SHOW.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. Baş mütəxəssisin sözlərinə görə, Azərbaycanda qadınların hamiləlik dövrunə, doğuş vaxtına aid protokolların qəbul olunmasına baxmayaraq, bəzi ginekoloqlar hamilələrə lazımsız dərmanlar təyin edirlər, bəzi hallarda isə hamiləlik dövründə qəbul edilməsi olduqca lazımlı olan dərmanların təyini məsələsində səhlənkar yanaşmaya rast gəlinir.

R.Hüseynov əlavə edib ki, əgər antenatal dövrdə qadına lazımi səviyyədə tibbi nəzarət və qulluq edilsə, onda doğulan uşaqlarda da problem azalmış olar: "Vaxtından əvvəl doğulan uşaqların adətən ən birinci problemi tənəffüs problemidir. Sadə dillə desək, əksər hallarda onların ciyərləri yetkin olmur. Bəzi dərmanlar (betametazon, deksametazon) var ki, onlar hamiləlik dövründə müəyyən edilmiş vaxtda qadına düzgün vurulsa, onda uşaqlarda tənəffüs problemi 60-70 faiz azalar. Biz görürük ki, bu iynələrin vurulması nəticəsində vaxtından əvvəl doğulan yenidoğulmuşlarda tənəffüs problemlərinin azalması müşahidə olunur.

Həmin dərman ananın bədəninə heç bir fəsad vermir, amma uşaqlarda ağciyərlərin inkişafına çox böyük kömək göstərir. Və yaxud rezus mənfi qan mənsubiyyətli hamilələrdə qeyd olunan vaxtda izoimmunlaşmanın qarşısını almaq üçün xüsusi immunoqlobulinin yeridilməsi körpədə hemolizinin (qanın parçalanması) və onunla bağlı fəsadların qarşısını alır. Bunlar dünyada sübut olunan praktikadır”.

R.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda hamilə qadınların çoxuna profilaktik məqsədlə qeyd edilən preparatlar vurulsa da, bəzi ginekoloqlar bunu etmirlər: “Ölkədə elə bir qadın məsləhətxanası yoxdur ki, orada həkimlər bu məsələ ilə tanış olmasınlar. Həmin iynələr ancaq həkim səhlənkarlığı nəticəsində hamilələrə vurulmaya bilər”.

Son xəbərlər
Balalar analarını belə tanıdılar - VİDEO

Balalar analarını belə tanıdılar - VİDEO

Övladlar analarını gözübağlı tanıya bilərlərmi? Balacaların hissləri və intuisiyalarının hansı səviyyədə olduğu hələ də bəlli deyil.
Uşaqların hər bir şeylə ilk tanışlığı - VİDEO

Uşaqların hər bir şeylə ilk tanışlığı - VİDEO

Uşaqların bu halları hər kəsin gülüşünə səbəb olur.
Beş yaşlı Brüs Li – VİDEO

Beş yaşlı Brüs Li – VİDEO

Dünyaca məşhur əfsanəvi döyüşçü, Kunq-Fu özünümüdafiə sənəti üzrə idman ustası, kinoaktyor, ssenarist və rejissor Brüs Li “dirilib”.

Övladınızın tək ehtiyacı sizin sevginizdir.. Bu heç nə ilə əvəz oluna bilməz - VİDEO

Yenicə ata olmuş gənc körpəsi ilə sınaq qarşısında qalır.

Gözübağlı şəkildə analarını tapan uşaqlar - VİDEO

Bu videoya baxdıqda təsirlənməmək əldə deyil.

Yeni doğulmuş körpəni belə yatırmaq olmaz! - FOTO

Yeni doğulan körpələrin tez böyüməsi onların qidalanmağındansa, normal yuxu yatmasından aslıdır. Analar körpənin ağzı aşağı qoyulmasına diqqət etməlidirlər. Belə vəziyyətdə boğulma baş verə bilər. Bu da ölüm riski deməkdir.

Anaların işləri niyə bitmir?! -VİDEO

Analar hər zaman məşğul olurlar.

Xuramanın xəstəxanadan ilk fotosu

Yeni ana olan aktrisa Xuraman Əlizadənin xəstəxanadan ilk fotosu yayılıb.

Qarpızı yeməkdən sonra yemək niyə olmaz?

Qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol-bol qəbul etmək lazımdır.

Bu görüntülər "Facebook"da çaxnaşma yaratdı - Körpəni binadan... - VİDEO

Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.