Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR

14 Apr, 2016 09:59
Baxış sayı: 3702
Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR
Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib.

SHOW.AZ-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, SHXÇDX-nin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib. 

Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərini ümumi təhsil məktəblərində şagirdlərin çağırışa qədərki hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etmək və kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirməkdir.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təchiz edilmiş kabinetdə olub vəgənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. 

Jurnalistlər şagirdlərin silahları söküb-yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və simulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

10-11-ci siniflərdə tədris edilən Gənclərin çağırışaqədərki hazırlığı fənni şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. 

Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənn eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir. 

Məktəblərdə yaradılan fənn üzrə kabinetlər müxtəlif vaxtlarda Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təhsil proqramlarına uyğun hazırlanan plakatlar və digər əyani tədris vəsaitləri ilə təmin edilib. 

Ötən il ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetlərin müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb.

Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

 

 
 
 
 
 
Son xəbərlər
“Azərbaycan kişisi – dünyanın ən yaxşı həyat yoldaşıdır” - Rusiyalı müğənni

“Azərbaycan kişisi – dünyanın ən yaxşı həyat yoldaşıdır” - Rusiyalı müğənni

Azərbaycanlı opera ifaçısı Yusif Eyvazovla ailə quran rusiyalı Anna Netrebko saytlardan birinə müsahibə verib.
“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTOLAR

“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTOLAR

Sabah saat 06:00-dan etibarən “İnşaatçılar” stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək.
Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR

Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR

Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib.

Bayrağa bürünmüş gənclər - FOTO

Azərbaycanlı fotoqraf Tural Hüseyn maraqlı layihəyə imza atıb.

Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tanıtmaq üçün, Bakı Ekspo Mərkəzində baş tutan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Modellərdən göydələnlərin damında – FOTOSESSİYA

Fotoqraf Mar Shirasuna modelleri ABŞ-ın Nyu-York şəhərindəki ən hündür binalara çıxararaq, sözün əsl mənasında, “uçurumun astanasında” görüntüləyir.

Dünyanın aktiv 7 vulkanı - FOTOLAR

Önündə nə varsa yoх edən, hələ də aktivinliyini qoruyan dünyanın 7 vulkanını təqdim edirik:

Qubanın əsrarəngiz qış mənzərələri - FOTOREPORTAJ

Bu günlərdə şimal bölgəsinə yağan qar Quba rayonunun füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb. Bu mənzərələri görməyə dəyər.

Bu xəbərdən sonra övladınız sizə mələk kimi görünəcək - FOTOLAR

Hamımız bilirik ki, uşaqlar ümumiyyətlə dəcəl olur. Hətta bəzilərimiz uşaqlarının dəcəlliyindən şikayətçi olurlar.