Bu qadının evində əşyalar öz-özünə hərəkət edir - VİDEO

27 Jul, 2016 13:15
Baxış sayı: 858
Bu qadının evində əşyalar öz-özünə hərəkət edir -  VİDEO
Böyük Britaniyada bir qadının evində paranormal hadisələr baş verir.

Günün günortasında evdəki əşyalar yer dəyişdirir, üstəgəl bütün bunlar kamera qarşısında da baş verir. 

 

Sfera.az bildirir ki, məişət əşyaları hərəkətə gəlir, çilçıraq yerindən oynayır. Böyük Britaniyada Donna Ayres adlı qadının evində baş verən paranormal hadisə görənləri dəhşətə gətirir. Günün günorta vaxtı evdə cərəyan edən qəribə hadisələr həvəskar kameradan da anbaan lentə alınıb. Mütəxəssislər Ayresin evində qeydə alınan qəribə olayların arxasındakı sirri açmaqda çətinlik çəkir.

Donna Ayresin  33 yaşı var. 6 il əvvəl onun qardaşı Pol  intihar edərək, həyatına son vermişdi. Amma Donna deyir ki, gedən sadəcə qardaşının cismidir, ruhu isə geridə qalan  6 il müddətində heç vaxt onları tərk etməyib. Deyir uzun müddət qardaşının  ruhunun onlara yaşatdığı şokdan ayıla bilməsə də, artıq bu ruh da sanki evin bir üzvünə çevrilib.

Ümumiyyətlə Böyük Britaniyada paranormal hadisələr tez-tez baş verir. Burda ruhların mövcud olduğuna inanmayan demək olar ki, yoxdur. Hətta bəzi köhnə tikililər var ki, orda ruhların məskunlaşdığı iddia edilir. O ki, qaldı Donna Ayresə 4 uşaq anası olan bu qadın, bu vaxta qədər qardaşının ruhunun əlindən  5 dəfə ev dəyişdirib.

Evdəki ruhdan azad olmaq üçün döymədiyi qapı qalmayan Donnanın bütün ümidləri boşa çıxıb. Nə  keşişlərin oxuduğu dualar, nə də parapsixoloqların məsləhətləri onun öz evində normal həyat tərzi keçirməsinə yardım edib. 

Video
Son xəbərlər
Bəy sevincindən özünü itirdi - VİDEO

Bəy sevincindən özünü itirdi - VİDEO

Türkiyədə bir toyda baş verən hadisə hər kəsi qəh-qəhəyə boğdu.
Bu video hər kəsi kövrəltdi - VİDEO

Bu video hər kəsi kövrəltdi - VİDEO

Beyin xərçəngi diaqnozu qoyulan oğlunun ad günü üçün atası Mayk Vilson onun ən sevdiyi cizgi film qəhrəmanı “Spider man” kostyumu geyinərək sürpriz edib.
Maşınların üzərindən gedən avtobus - VİDEO

Maşınların üzərindən gedən avtobus - VİDEO

Çində o artıq istifadəyə verilib.

Qatarla ölüm rəqsi - VİDEO

Yaşlı bir kişi yaxınlaşmaqda olan qatarın qarşısına çıxıb dayanması və qatar yaxınlaşanda bir göz qırpımında kənara çəkilib ölümdün qurtulur.

10 gün hava limanında sevgilisini gözlədi - FOTO

İnternetdən tanıdığı qızla görüşmək üçün Hollandiyadan Çinin Hunan əyalətinə gedən Alexander Peter Cirk, görüşə gəlməyən qızı 10 gün hava limanında gözləyib.

Müttəhim hakimlə sinif yoldaşı çıxdı - VİDEO

ABŞ-da məhkəmədə maraqlı hadisə yaşanıb. Belə ki, müttəhim hakimin sinif yoldaşı çıxıb.

42 yaşlı qız evlənmək üçün elan yazdı - FOTO

Türkiyənin Muğla vilayətində heç cür evlənə bilməyən 42 yaşındakı qız maraqlı bir üsuldan istifadə edib.

Bu qadının evində əşyalar öz-özünə hərəkət edir - VİDEO

Böyük Britaniyada bir qadının evində paranormal hadisələr baş verir.

Gəlin motosikletdən yıxıldı, bəy isə sürüb getdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bu video izlənmə rekordu qırır.

Online paltar sifarişi edərkən diqqətli olun - FOTO

Gəlinlik insanın həyatında bir dəfə geyindiyi bir paltardır.