Boğulmaq qorxusunu unudun - VİDEO

30 Jul, 2016 12:48
Baxış sayı: 975
Boğulmaq qorxusunu unudun - VİDEO
İsti yay günlərində insanlar sərinləmək üçün dənizə, hovuza üz tutsalar da, bir qorxu həmişə qalır. Söhbət suda boğulmaq qorxusundan gedir.

Azərbaycan gəncləri bu məsələyə rahat bir çözüm tapıblar.

Admiral.Az bildirir ki, onların düşünüb hazırladığı "swimsos" adlanan şortlar təhlükəni önləyəcək.

Yeniliyin müəllifləri Elşən Zeynalov və Səməd Xanməmmədlidir.

İPİ ÇƏKİNCƏ...

Bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır.

Elşən Zeynalov uşaq vaxtından boğulma xofu yaşadığını deyir. O, yeniliyin hazırlanmasında bu xofun rolunu danmır.

"AZƏRBAYCAN MƏHSULU XİLAS EDİR"

Şortlar qlobal bazardan ötrü düşünülüb. Müəlliflərin sözlərinə görə, məhsulun əsas fərqi onun rahatlığıdır. Üzən adam üstündə əlavə nəsə daşımalı olmur.

Elşən Zeynalov məhsulun dünyada böyük maraq doğuracağına inanır: "Təsəvvür edin ki, Azərbaycan məhsulu hansısa bir ölkənin vətəndaşlarını boğulmaqdan qurtarır. Bu, çox fərqli duyğudur".

Şortun qiyməti 60-70 dollar arasında olacaq.

Video
Son xəbərlər
İstirahət mərkəzi deyil, “Google” ofisləridir - FOTO

İstirahət mərkəzi deyil, “Google” ofisləridir - FOTO

Google yalnız milyonlar qazanması ilə məşhur olan şirkət deyil, həm də işçilərə mükəmməl iş ortamı yaradan şirkətlərdəndir.
Onlar belə nişanlandılar...

Onlar belə nişanlandılar...

Amerikalı cütlük digərlərindən fərqlənir.

Məktəbdə keçirilən ilk və son günləri göstərən FOTOLAR

Sentyabrın gəlməsi ilə məktəblər açılır.

Belçikalılar Pokemon əvəzinə kitab ovlayır - FOTO

Belçikada bir müəllim Pokemon GO oyunundan ilhamlanaraq fərqli bir işə imza atıb.

Çinli qızın bacarığı hər kəsi heyran etdi - VİDEO

Çinli memar Red Hong Yi uşaqlıqdan Cek Canın fanatı olub.

Yerə düşən içki damcısını içən qarışqa... - VİDEO

Qarışqa yerə düşən içki damcısına görür və içir. Görün yazıq qarışqanın başına nələr gəlir.

Stüardessalar əllərini niyə arxasında gizlədir? - FOTO

Səyyahlar və ya sadəcə diqqətli insanlar yəqin ki, sərnişin salonunda gəzən stüardessaların əllərini arxasında saxladığına diqqət edib.

Rus gənc pokemon ilə evlənməyə hazırlaşır - FOTO

Rusiyalı İvan Makarov Kutuzov nikah qeydiyyat şöbəsinə qeyri-adi istəklə müraciət edib. Belə ki, 36 yaşlı İvan "Pokemon GO” oyunundan olan virtual personaj ilə ailə həyatı qurmaq istəyir.