Bakıda barmenlər arasında çempionat keçirilib - (FOTO)

23 Sep, 2016 18:42
Baxış sayı: 3097
Bakıda barmenlər arasında çempionat keçirilib - (FOTO)

 “Hyatt Regency Baku” otelində “Monin Cup 2016 Azerbaijan”  beynəlxalq peşəkar barmenlər müsabiqəsinin milli seçim turu keçirilib. ...-in məlumatına görə, müsabiqənin təşkilatçıları “Monin” (Fransa) ticarət markası, “Monin” məhsullarının Azərbaycana eksklüziv idxalçısı “Art-nishan” MMC şirkəti, Azərbaycan Barmenlər Assosiasiyasıdır.

Yarımfinalda 12 peşəkar barmen iştirak edib. Onlar münsiflər heyətinə öz müəllif kokteyllərini təqdim ediblər. Altı barmen finala çıxıb. Texniki  və dequstasiya münsiflər heyətinin əsas seçim meyarı bar alətləri ilə peşəkar iş, təmiz iş yeri, dad, kokteylin ətri və xarici görünüşü olub.

Barmenlərin işini beynəlxalq münsiflər heyəti qiymətləndirib, münsiflər heyətinin tərkibinə “Monin” şirkətinin nümayəndələri və mütəxəssisləri daxil olub: Sergey Alekseyev (Ukrayna, 2014-ci ilin dünya çempionu), Anastasiya Sudak (Ukrayna), Nikita Sergeyev (Rusiya) və Fadi Aqil (İordaniya).

Milli seçim turunun təşkilatçısı Anar Quliyev bildirib ki, dünya üzrə barmenlərə ilham verən “Monin”  fransız şirkəti “Monin Cup” çempionatı keçirir, final mərhələsi dekabrın 5-də Fransada keçiriləcək: “Azərbaycanın ən yaxşı barmeni bütün dünyadan olan bu peşənin ən yaxşı nümayəndələri ilə kreativlik və ustalıq üzrə yarışmaq üçün Fransaya gedəcək. Cari çempionatın əsas özəlliyi ondan ibarətdir ki, burada 27 yaşınadək barmenlər iştirak edirlər. Bu onu göstərir ki, “Monin” şirkəti məhz gənc barmenlərin peşəkarlıqlarının artması üçün çalışır. Daim yeni təəssüratlar, tanışlıq və emosiyalar axtaran, daim xəyala qapılan və eksperiment aparan enerjili, yaradıcı və xeyirxah insanlar yeni reseptlər hazırlayırlar... Barmen peşəsini öz istedadı qismində seçənlərin əsas kontingenti məhz bunlardır”.

Milli seçim turu çərçivəsində Sergey Alekseyev ustad dərsləri keçib, o, uğurlarının və öz üslubunun yaradılmasının sirləri ilə bölüşüb.

S. Alekseyev bildirib: “Mən sizin gözəl Bakı şəhərinə ikinci dəfə gəlirəm və  burada necə yaradıcı gənclərin, barmen sənətini öyrənmək və onun inkişafı üçün çox böyük potensialın olduğunu görürərm. Barmen peşəsi bütöv bir sənətdir, içkiləri yaxşı tanımaq, müxtəlif kokteyllərin tərkibini bilmək, qabları düzgün seçmək, sifarişi gözəl təqdim etməyi bacarmaq lazımdır. Uğurlu barmen olmaq üçün xoşagələn xarici görünüşün və peşə biliklərinin olması çox vacibdir, məsələn, kokteyllərin inqrediyentlərini və proporsiyalarını bilmək, yaxşı hafizə,  süfrəni hazırlama biliyi, şou yaratmaq bacarığı, müştəriyə operativ xidmət etmək. Barmen, həmçinin yaxşı fiziki formaya malik olmalı və dözümlü olmalıdır, çünki iş daim hərəkətdə olmağı tələb edir, xüsusən də çox vaxt  sutkanın gecə saatlarında. Və bu çox mühüm aspektdir, barmen təkcə peşə deyil,  bu fəlsəfədir, onun əsasında müştərilərlə işin psixoloji aspektləri var. İnsanların çoxunun şüurunda barmen psixoloq kimi onları dinləyib anlayacaq şəxsdir. Məhz buna görə barmen peşəsinin əsas sirlərindən biri ilk növbədə insanlarla işləmək bacarığıdır. Hazırda bu və ya digər müəssisənin uğuru bahalı dizaynlara və ekzotik kulinar təamlara söykənmir. Onların əsas məğzi  başgicəlləndirici tryuklar və müxtəlif içkilərdən tutmuş müəssisənin müştərilərinə diqqətli və nəzakətli münasibətədək geniş spektrli xidmətlər təklif edən peşəkar barmenlərdir”.

Finalçılara həlledici hissədə püşkatma ilə müəyyən edilərək  meyvə, göyərti və içkilərin olduğu qara qutular təqdim edilib, yəni iştirakçılar bilmirdilər ki, onlar kokteyli nədən hazırlayacaqlar. Müsabiqənin şərtlərinə görə, finalçılar 30 dəqiqə ərzində kokteylin yeni reseptini ekspromt olaraq hazırlamalı və onun haqqında xüsusi blankda bəyan etməli, sonra isə 7 dəqiqə ərzində hazırlayaraq onu  münsiflər heyətinə təqdim etməli idilər.

 Qalib Vaqif Məmmədov olub, o, ölkəni Fransada təmsil edəcək, ikinci və üçüncü yerlərin sahibləri Rüfət Mehdiyev və Sergey Baxtin isə Rusiyaya “Monin” Akademiyasında təhsil almağa gedəcəklər. Çempionatın bütün iştirakçılarına diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Gənc barmenlər də müxtəlif nominasiyalarda xüsusi mükafatlara layiq görülüblər.

 Azərbaycanda çempionat üçüncü dəfə keçirilib. “Monin Cup 2013 Azerbaijan” ölkəmizdə keçirilən beynəlxalq formatlı ilk peşəkar müsabiqə olub. 2014-ci ildə Fransada Azərbaycanı Darya Utyuqova  (şef-barmen R & B café) təmsil edərək ilk iyirmiliyə daxil olub. 

Son xəbərlər
100 filmin rəqs səhnələri ilə hazırlanmış klip - VIDEO

100 filmin rəqs səhnələri ilə hazırlanmış klip - VIDEO

Bu əyləncəli görüntülərdən doymaq qüyri-mümkündür. Uptown Funk adlı klip sizə böyük enerji bəxş edəcək.
SAHİBİNİN ƏZİYYƏTİNƏ DÖZƏ BİLMƏYƏN ROBOT İNTİHAR ETDİ!

SAHİBİNİN ƏZİYYƏTİNƏ DÖZƏ BİLMƏYƏN ROBOT İNTİHAR ETDİ!

iRobot adlı elektrik süpürgəsi sönülü vəziyyətdəykən birdən işə düşüb.

Gözyaşardıcı xoşbəxtlik… - FOTO

Hər cütlüyün ən xoşbəxt olduğu günlərdən biri toy günüdür.

Ən böyük məzarlıqda üzdü – FOTO

Ekstremal macəraları ilə ad çıxarmış sörfinqçi, “İndiana Ceyn” kimi tanınan Elison Til yeni rekord vurub.

Xalq artisti Flora Kərimova Soso Pavliaşviliyə görə müğənni Eminə müraciət ünvanladı - FOTO / VİDEO

Show.az bildirir ki, xalq artısti Flora Kərimova özünün Facebook səhifəsində rusiyalı müğənni Soso Pavliaşviliyə görə müğənni Eminə müraciət ünvanlayıb. Müraciət Soso Pavliaşviliyə qarşı ittihamlarla zəngindir. Xalq artistinin müraciətini olduğu kimi təqdim edirik:

Dünyanın ilk 3D restoranı açıldı - FOTO

Hollandiyada 3D restoran fəaliyyətə başlayıb.

Müştərilərə qarşı zarafat qorxu ilə qarşılandı - VİDEO

ABŞ-ın New York-da yerləşən kofe mağazasında müştərilərlə belə zarafat ediblər:

Toyota şirkətindən tənha insanlar üçün robot uşaq - VİDEO

Bu nə qədər qəribə səslənsə də,rellaşdırılmış layihədir.