Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində - FOTOLAR

08 Apr, 2016 13:47
Baxış sayı: 3611
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində - FOTOLAR
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tanıtmaq üçün, Bakı Ekspo Mərkəzində baş tutan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 30 ölkəsindən 300-dən çox şirkət iştirak edir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ilk dəfə qatıldığı bu sərgidə Avropa Qran Prisinin stendində bilet satış məntəqəsinə, Formula 1 yarış avtomobilinin təqdimatına və geniş ekranda Bakı Şəhər Halqası ilə yanaşı paytaxt Bakının nəfəsçəkici görüntülərinin əks olunduğu video-çarxların nümayişinə yer verilib.

Avropa Qran Prisi stendinin ziyarətçilərinə bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışı ilə bağlı son yeniliklər haqqında məlumat verilir və onlara içərisində yarış haqqında zəruri məlumatların olduğu broşuralar paylanılır. Bununla yanaşı stendi ziyarət edənlər Formula 1 avtomobili ilə şəkil çəkdirmək və yarışa bilet almaq imkanından da yararlana biləcəklər. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sərgiyə yüksək səviyyədə hazırlığın görüldüyünü bildirərək hamını Avropa Qran Prisinin stendinə baş çəkməyə dəvət edir:

 “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına xaricdən maraq olduqca böyükdür. İndiyədək 25 ölkədən bilet sifarişi olub. Satılan biletlərin 65 %-i xarici ölkələrin payına düşür. Digər tərəfdən, yarış həftəsonu ərəfəsində Bakıda yerləşən otellərin doluluq nisbəti 70 %-dən çoxdur. Bu o deməkdir ki, bu yay Azərbaycana minlərlə turist gələcək. İştirak etdiyimiz Turizm və Səyahətlər sərgisinin də beynəlxalq səviyyədə Avropa Qran Prisi haqqında məlumatlılığın artmasına böyük töhfə verəcəyinə inanırıq. Fürsətdən istifadə edərək hamını Avropa Qran Prisinin stendini ziyarət etməyə dəvət edirəm.”

Qeyd edək ki, Avropa Qran Prisinin stendi 7-9 aprel tarixlərində hər gün sərgi saatlarında açıqdır. Sərgi sabah da 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

Son xəbərlər
“Azərbaycan kişisi – dünyanın ən yaxşı həyat yoldaşıdır” - Rusiyalı müğənni

“Azərbaycan kişisi – dünyanın ən yaxşı həyat yoldaşıdır” - Rusiyalı müğənni

Azərbaycanlı opera ifaçısı Yusif Eyvazovla ailə quran rusiyalı Anna Netrebko saytlardan birinə müsahibə verib.
“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTOLAR

“İnşaatçılar” stansiyasının ikinci vestibülü açılır – FOTOLAR

Sabah saat 06:00-dan etibarən “İnşaatçılar” stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək.
Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR

Gənclərin çağırışaqədərki hazırlığı nümayiş olunub - FOTOLAR

Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib.

Bayrağa bürünmüş gənclər - FOTO

Azərbaycanlı fotoqraf Tural Hüseyn maraqlı layihəyə imza atıb.

Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tanıtmaq üçün, Bakı Ekspo Mərkəzində baş tutan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Modellərdən göydələnlərin damında – FOTOSESSİYA

Fotoqraf Mar Shirasuna modelleri ABŞ-ın Nyu-York şəhərindəki ən hündür binalara çıxararaq, sözün əsl mənasında, “uçurumun astanasında” görüntüləyir.

Dünyanın aktiv 7 vulkanı - FOTOLAR

Önündə nə varsa yoх edən, hələ də aktivinliyini qoruyan dünyanın 7 vulkanını təqdim edirik:

Qubanın əsrarəngiz qış mənzərələri - FOTOREPORTAJ

Bu günlərdə şimal bölgəsinə yağan qar Quba rayonunun füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb. Bu mənzərələri görməyə dəyər.

Bu xəbərdən sonra övladınız sizə mələk kimi görünəcək - FOTOLAR

Hamımız bilirik ki, uşaqlar ümumiyyətlə dəcəl olur. Hətta bəzilərimiz uşaqlarının dəcəlliyindən şikayətçi olurlar.