Azərbaycanda ilk dəfə “Tax Free” sisteminin tətbiqi başlandı

17 Jun, 2016 17:05
Baxış sayı: 1425
Azərbaycanda ilk dəfə “Tax Free” sisteminin tətbiqi başlandı
Azərbaycanın Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə “Tax Free” vergi sisteminin tətbiqinə başlayıb.

Oxu.Az xəbər verir ki, yeni sistemin tətbiqindən sonra ölkəmizə səfər etmiş xarici vətəndaşların Azərbaycandan aldıqları istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) geri qaytarılacaq.

Beləliklə, TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri ƏDV məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri ala biləcəklər.

Azərbaycan vətəndaşları, ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər, yaşı 14-dən aşağı olan şəxslər “Tax Free”dən istifadə edə bilməzlər.

Bundan başqa, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar,  ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara “Tax Free” tətbiq olunmur.

“Tax Free” imkanından istifadə etmək üçün həmin şəxsin elektron vergi hesab-fakturası üzrə aldığı malın dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır.Qeyd edək ki, bu gün Azərbaycanda ƏDV 18% təşkil edir.

Son xəbərlər
Texnologiyanın son məhsulu: “ağıllı” sancaqlar – VİDEO

Texnologiyanın son məhsulu: “ağıllı” sancaqlar – VİDEO

Texnologiya inkişaf etdikcə həyatımızın bir parçasına çevrilən bir çox əşyanın “ağıllı” versiyası çıxır.
İtməyinizin qarşısını alan ağıllı ayaqqabı - VİDEO

İtməyinizin qarşısını alan ağıllı ayaqqabı - VİDEO

Bu ayaqqabıların azdıqda, sizə doğru yolu tapmaqda kömək edir.
100 ildə dırnaq boyası necə dəyişdi - VİDEO

100 ildə dırnaq boyası necə dəyişdi - VİDEO

Qadına gözəllik qatan vasitələrdən biri də dırnaq boyasıdır.

Bunları yalnız qadınlar anlaya bilər - FOTO

Qadınların düşdükləri çətin vəziyyətləri ancaq özləri anlaya bilər.

Neslihanın toy makiyajında istifadə olunan məhsullar- FOTO

Kadir Doğulu ilə nikah masasına oturan aktrisa Neslihan Atagülün makiyajında istifadə olunan vasitələrin siyahısı təəccüb doğurub.

Azərbaycanda “Bikini party +18” keçiriləcək

Azərbaycanda +18 parti keçiriləcək.

Aktrisa serialdan qovuldu, yerinə Meryəm Üzerli gəlir

"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın aktrisası Mujde Uzman müğənni Sinan Akçılla sevgi dedi-qodusuna görə işindən çıxarılıb.

Kinoların çəkilişində istifadə edilən robotlar- Kinoların çəkilişində istifadə edilən robotlar-Video

Kinolarda bəzi səhnələrə tamaşa edərkən müşahidə etdiklərimizin sadə komputer qrafikası əsasında düzəldildiyindən demək olar ki, 100% əmin oluruq.

Birinci xanım Arda və Terimin ailəsinə dəstək oldu

Türkiyənin baş naziri Binali Yıldırımın həyat yoldaşı Semiha Yıldırım milli futbol komandasının təhqir olunan üzvlərinə dəstək olub.