AÇ-2016: Fransa finalda!

08 Jul, 2016 10:39
Baxış sayı: 1177
AÇ-2016: Fransa finalda!
AÇ-2016-da ikinci finalçı bəlli olub. Almaniya ilə Fransa milliləri qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar.

Matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. Ancaq azarkeşlər ilk qolu görmək üçün birinci hissənin sonuna kimi gözləməli olublar. Oyunun 45-ci dəqiqəsində təyin olunan penaltini Antuan Qrizman dəqiq yerinə yetirib.

Almaniya ikinci hissədə bunun əvəzini çıxmaq üçün irəli atılsa da, əvəzində qapısında qol görüb. Sol cinahdan Poqbanın asmasından sonra kobud səhvə yol verən Noyerin xətasını Qrizman bağışlamayıb.Bundan sonra oyunda başqa qol olmayıb və Fransa finalda Portuqaliyanın rəqibi olub.

Final qarşılaşması iyulun 10-da Parisin "Stad de Frans" stadionunda baş tutacaq. ​Almaniya və Uels yığmaları üçüncü yer uğrunda mübarizə aparacaqlar. 

Son xəbərlər

"Rio-2016"nın mükafatlandırma mərasimində evlilik təklifi - VİDEO

"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb.
Azarkeşi olduğu üçgüçüyə qalib gəldi

Azarkeşi olduğu üçgüçüyə qalib gəldi

Rio Olimpiya Oyunlarında kişi üzgüçülərin yarışında növbəti rekorda imza atılıb.

Qızdan evlilik təklifi alan oğlanın reaksiyası - VİDEO

Bu hadisə Hollandiyanın "Qroningen" futbol klubunun ev oyunlarından birində baş verib.

Özünü saxlaya bilmədi və... - VİDEO

Tennis üzrə “Uimbeldon” turnirində maraqlı hadisə yaşanıb.

3 aylıq uşaq danışır - VİDEO

Bu körpə 3 aylıq olsa da valideynlərinin sualına cavab verir.

Salfetkaya yazılan müqavilə

İrəvanda müxalifətin mitinqi dağıdılıb, 50 nəfər saxlanılıb, 60 nəfər yaralanıb.

Ronaldodan fanatına şok hərəkət – VİDEO

“Real Madrid” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo Los-Ancelesdə onunla selfi çəkdirmək istəyən fanatını itələyib.

Futbolda ən tez verilən qırmızı kart

Futbolda ən tez verilən qırmızı kart oyunun 2-ci saniyəsində alınıb.

Neymardan maraqlı yemək hazırlığı - VİDEO

"Barselona"ın ulduz futbolçusu Neymar yenidən diqqət mərkəzinə düşüb.