"Forbes" ən zəngin idman komandasını təyin etdi

14 Jul, 2016 12:10
Baxış sayı: 1137
Dünyaca məşhur "Forbes" jurnalı ən zəngin idman klublarını siyahısını yeniləyib.

Yeni dərc olunmuş buraxılışda siyahıda Amerika futbolu klubu olan "Dallas Kauboys" 4 milyard dollarla başçılıq edir. Klub ötən mövsüm  270 milyon dollara yaxın rekord gəlir əldə edib. 

İkinci yerdə 3.6 milyard dollar aktivləri ilə İspaniyanın kralı klubu olan "Real Madrid", ardınca 3-cü yerdə isə onun əzələ rəqibi "Barselona" futbol klubları gəlir. Katalonların varidatı 3.5 milyard dollara yaxındır.

İlk 20-liyə ingilis komandalarından yalnız "Mançester Yunayted" düşə bilib,  2011 və 2012-ci illərdə "Forbes"un eyni kateqoriya üzrə iyirmiliyinə başçılıq etmiş "qırmızı şeytanlar" son siyahıda 3.3 milyard aktivləri ilə beşinci yerdə qərarlaşıb.

"Formula-1" nə qədər bahalı idman növü olsa da, "Forbes"un ən zəngin 20-liyində bu idman növü üzrə bir komanda belə təmsil olunmur.

Bir müddət öncə dünyanın ən çox qazanc əldə edən idmançılarının da siyahısı açıqlanıb. "Forbes" jurnalının tərtib etdiyi siyahının ilk pilləsində Madridin “Real” klubu və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldo gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubu və Argentina millisinin keçmiş futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.

Son xəbərlər

"Rio-2016"nın mükafatlandırma mərasimində evlilik təklifi - VİDEO

"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb.
Azarkeşi olduğu üçgüçüyə qalib gəldi

Azarkeşi olduğu üçgüçüyə qalib gəldi

Rio Olimpiya Oyunlarında kişi üzgüçülərin yarışında növbəti rekorda imza atılıb.

Qızdan evlilik təklifi alan oğlanın reaksiyası - VİDEO

Bu hadisə Hollandiyanın "Qroningen" futbol klubunun ev oyunlarından birində baş verib.

Özünü saxlaya bilmədi və... - VİDEO

Tennis üzrə “Uimbeldon” turnirində maraqlı hadisə yaşanıb.

3 aylıq uşaq danışır - VİDEO

Bu körpə 3 aylıq olsa da valideynlərinin sualına cavab verir.

Salfetkaya yazılan müqavilə

İrəvanda müxalifətin mitinqi dağıdılıb, 50 nəfər saxlanılıb, 60 nəfər yaralanıb.

Ronaldodan fanatına şok hərəkət – VİDEO

“Real Madrid” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo Los-Ancelesdə onunla selfi çəkdirmək istəyən fanatını itələyib.

Futbolda ən tez verilən qırmızı kart

Futbolda ən tez verilən qırmızı kart oyunun 2-ci saniyəsində alınıb.

Neymardan maraqlı yemək hazırlığı - VİDEO

"Barselona"ın ulduz futbolçusu Neymar yenidən diqqət mərkəzinə düşüb.