Hüseyndən Rəşad Dağlının oğluna jest - “Ferrari” göndərdi - FOTO

29 Mart 2024
66069a3bb0cf7202403243851
10453

Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif ilə həmkarı Balaəlinin TikTok-da açdığı canlı maraqlı məqamla yadda qalıb.

Show.az titul.az-a istinadən xəbər verir ki, Rəşadın oğluna bu canlıda bir çox dəyərli hədiyyələr göndərilib. Onların içində ən bahalı və ən yadda qalanı isə Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənovdan (Quseyn Qasanov) olub.

Dünyaca məşhur blogerin Yusifə “Ferrari” hədiyyə atması meyxanaçının oğlu ilə yanaşı Balaəlini də təəccübləndirib.

Həmin görüntüləri təqdim edirik: