Aygün Bəylərin mahnısını oxuyan qazax müğənni viral oldu - VİDEO

07 Aprel 2024
66121e5086853202404241720
5573

Qazaxıstanlı müğənni Əlişir Kərimov mərhum müğənnimiz, Əməkdar artist Aygün Bəylərin ifasında sevilən "Tut ağacım" mahnısını oxuyub.

Show.az lent.az-a istinadən xəbər verir ki, bundan öncə də Azərbaycanın xalq və bəstəkar mahnılarını ustalıqla ifa edən Əlişirin ifası çox bəyənilib.

Müğənninin ifası milyonlarla baxış toplayıb, minlərlə bəyənmə qazanıb.

Azərbaycanlı izləyicilər isə mahnını Aygünün daha yaxşı oxuduğunu iddia edərək, xatirəsini yad etdiyinə görə Əlişirə təşəkkür ediblər.