54 yaşlı müğənni ana olacağını açıqladı - VİDEO

22 Aprel 2024
6625f7994d4cd202404243729
7487

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb.

Bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində məlumat verib.

“Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz”.

Əsədova dünyaya gələcək övladının atası haqda suallara cavab verməyib. / Bizim.Media